Ana səhifə / Kriminal / Marketlərdə ciddi ucuzlaşma başlayıb

Marketlərdə ciddi ucuzlaşma başlayıb

Fevraldan başlayaraq dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsinə səbəb olub.

“ Azinforum.az ” xəbər verir ki, “Marja”nın bu haqda yaydığı xəbərdə bildirilir ki, marketlərdə  çay, kofe, tomat, duru yağ, şkolad və s. kimi bir sıra idxal məhsullarının qiymətlərinin aşağı salındığı müşahidə olunur. Məsələn, “Tess” çayının qiyməti 2.07 manatdan 1.55 manata endirilib.

Bir sıra yerli istehsal mallarında da qiymət endirimi olduğu müşahidə edilir. Bu, xammalın və taranın alışının manat ilə ifadədə düşməsilə bağlı ola bilər.

Sayt yazır ki, əgər dolların məzənnəsi sabit qalarsa, qarşıdakı günlərdə bir çox idxal malları ucuzlaşa bilər.

Qeyd edək ki, fevral və mart ayında manat dollar qarşısında təxminən 10% gücələnib.

Fevral ayında iri idxalçılardan biri olan “Veysəloğlu” şirkətlər qrupu bəyan etmişdi ki, “Dolların məzənnəsi yaxın bir ayda enməyə davam edərsə, qiymətlər də düşəcək. Bu, enməkdə olan kursun nə dərəcəsdə sabit qalmasından çox asılıdır”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın