Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Marketlərdən yerli məhsullar yoxa çıxıb –Foto

Marketlərdən yerli məhsullar yoxa çıxıb –Foto

Azərbaycanda süni qiymət artımına qarşı mübarizə başlayandan və dövlət başçısının yerli məhsulların qiymətinin artırılmasını tənqid etməsindən sonra matketlərdə yerli məhsullar kəskin azalıb. 
Satıcılar bunu yerli şirkətlərin marketlərin malla təminatını azaltması ilə əlaqələndirirlər. Bir sıra şirkətlər məhsullarını ucuz satmaq istəmirlər, baha satmaqdan isə ehtiyat edirlər.
Qeyd edək ki, bir həftə əvvəl Nazirlər Kabinetində Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət başçısı qiymətləri artıran yerli şirkətləri tənqid edib və bunun yolverilməz olduğunu bildirib.
Bunun ardınca, İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı mübarizəyə başlayıb. Ötən həftə ərzində analoji faktlarla bağlı bir neçə cinayət işi başlanılıb və həbs edilənlər olub.(Musavat.com)


Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın