Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Manyak ata tərəfindən qətlə yetirilmiş ana və dörd qızına başdaşları qoyuldu

Manyak ata tərəfindən qətlə yetirilmiş ana və dörd qızına başdaşları qoyuldu

2014-cü il mart ayının 6-da Salyan şəhərinin “Zavod” məhəlləsində xüsusi amansızlıqla qətlə yetirilərək cəsədləri yataq otağının zirzəmisində gizlədilmiş Mehparə Əliyeva və qızları İradə, Rəqibə, Sevda və Ümidəyə ötən il dekabr ayının 8-də dəfn olunduqları məzarlıqda başdaşları qoyulub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, başdaşları Xəzər TV-nin “Səni axtarıram” verilişinin təşkilatıçılığı ilə qoyulub.

Xatırladaq ki, cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …