Ana səhifə / Kriminal / Manatla bağlı «qara xəbər» gəldi: 1$=1.25

Manatla bağlı «qara xəbər» gəldi: 1$=1.25

AMB hökumətə qorxulu hesabat göndərib, bir həftə içində qərar verilməlidir

Son günlər manatın yenidən devalivasiyaya uğrayacağı barədə xəbərlər yayılmaqdadır. Artıq ölkənin bütün tanınmış iqtisadçıları bu prosesdən qaçışın olmadığını bildirirlər. Mərkəzi Bank isə son bir ildə 6,7 milyard dollar itirdiyini açıqlayaraq, növbəti devalivasiyanın ola biləcəyi barədə fikirləri bölüşmür.

Bundan əlavə, AMB maksimum dərəcədə bazara müdaxilə edərək, manatın dəyərdən düşməsi prosesini yubatmağa çalışır. Lakin prosesin artıq son mərhələyə qədəm qoyduğuna dair bilgilər var.

JAM.AZ-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Mərkəzi Bank milli valyutanın dönərliliyini saxlaya bilmədiyini etiraf edir və bunun üçün xərclənən pulların da səmərəsiz olduğunu bildirir. Mənbənin iddiasına görə, fevralın sonlarından etibarən təkcə bazara dollar çıxarmaqla deyil, həmçinin dövriyyədəki manatı azaltmaqla durumu sabitləşdirməyə çalışan AMB bunun da faydasız olduğu qənaətinə gəlib. Ona görə də, manatın yenidən devalivasiyasının qaçılmaz olduğunu əsaslandıran hesabatını hökumətə təqdim edib.

Məlumatda deyilir ki, AMB hesabatında hal hazırkı vəziyyətdə növbəti kəskin devalivasiyaya getməkdən başqa çıxış yolu olmadığını əsaslandırıb. Və təklif etdiyi rəqəm isə 1 dollar üçün 1,25 manatdır. JAM.AZ-a danışan mənbənin iddiasına görə, hökumət bir həftə içində AMB-yə cavab verərək, addımın atılıb-atılmaması barədə qərarını açıqlayacaq.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın