Ana səhifə / Kriminal / Manatın ucuzlaşması necə işıqlandırıldı? – Deputat və iqtisadçı DANIŞDI

Manatın ucuzlaşması necə işıqlandırıldı? – Deputat və iqtisadçı DANIŞDI

Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçməsi qərarından sonra manatın kəskin ucuzlaşması cəmiyyətdə böyük ajiotaj yaratdı. İqtisadi xəbərlər daha çox izlənilir və insanlar növbədə nələrin olacağını mediadan öyrənməyə çalışır.

Hər gün, hər dəqiqə iqtisadçılardan bu və ya digər proseslərə şərhlər alınır, dollar dəyişmə məntəqələrindən reportajlar hazırlanır, ölkədə manatın dollar qarşısında məzənnəsinin bir az daha düşməsi və dollar qıtlığının yaşanması barədə informasiyalar yazılır.

Bəs media qurumları devalvasiya fonunda məlumatları necə işıqlandırıb?

Mətbuat Şurasının idarə heyətinin üzvü, deputat Bəxtiyar Sadıqov Modern.az-a açıqlamasında bu işdə mətbuatın fəaliyyətini qənaetbəxş hesab etməyib.

“Biz artıq bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Azərbaycan dünyaya inteqrasiya olunur. 90-cı illərdə inflyasiya yaşadıq, gördük ki, pul cibdə qala-qala necə dəyərdən düşə bilər. Bu gün isə təzə bir məqam yaranıb. Bu da ondan ibarətdir ki, siyasi rıcaqlarla neftin qiyməti endirilir, dolların bazis faizi qaldırılır və beləliklə dünyanın bərk gedən dövlətləri digər dövlətlər üçün problemlər yaradırlar. Yəni əslində bunu biz bilirik, çünki Amerika SSRİ-ni hansı ssenari ilə çökdürmüşdüsə, bu gün həmin ssenarani Rusiyaya qarşı yönəldiblər. Qurunun oduna yaş da yanır. Bu elə bir prosesdir ki, bu işdə nə Azərbaycanın, nə iqtidarın təqsiri var”.

Deputat bildirib ki, çox az qisim qəzetlər bu məsələyə maarifçilik nöqteyi-nəzərindən baxır və işıqlandırırlar.

“Bir qisim, müxalifət başlayır ki, bu hamısı iqtidarın siyasəti ilə bağlıdır. Bir qismi insanları vahimələndirirlər, qorxudurlar. Bir qismi sensasiya meyl edirlər.

İstərdim ki, bu proselsərin fonunda maarifləndirmə işi getsin, insanlara ürək-dirək verilsin, necə hərəkət etməli olacaqları, dövlətin gördüyü və görəcəyi tədbirlər barədə məlumat ötürsünlər. Hər halda çətinlik var, amma mətbuat da vahimə yaratmamalıdır, sensasiyaya uymamalıdır, əsassız ittihamlardan çəkinməlidir. Əsassız qiymət qaldırmalar var,  bax buna qarşı mübarizə aparılsın”.

B.Sadıqov hesab edir ki, bu proseslər fonunda mətbuat məsələyə anlaşıqlı yanaşmalı və işıqlandırmağa çalışmalıdır.

İqtisadçı ekspert Vüqar Bayramlı bildirib ki, bu dövrdə bəzi mətbuat qurumları ictimaiyyətə doğru məlumatı verməyə çalışarkən, bəziləri astronomik rəqəmlərlə daha çox informasiya satmağa çalışırlar.

“O baxımdan bir sıra ixtisaslaşmış mətbuat orqanlarında iqtisadi proseslərə, devalvasiyaya münasibət obyektiv olurdu. Əgər devalvasiya, xüsusən milli valyutanının məzənnəsi ilə bağlı hər hansı dəyişiklik olacaqsa və bunu birinci devalvasiyadan sonra proqnozlaşdırmaq mümkündürsə, ictimaiyyətin məlumatlı olmasına ehtiyac var. Sözsüz ki, necə və hansı media orqanına? İctimaiyyətə məlumatın ötürülməsi vacibdir, amma məlumatlar elə verilməlidir ki, insanlar arasında ajiotaj yaranmasın”.

Bütövlükdə medianın vəzifəsinin ictimaiyyəti məlumatlandırmaq olduğunu deyən

V.Bayramov qeyd edib ki, yalnız mətbuat deyil, manatın məzənnəsindən asılı olan qurumlar, Mərkəzi Bank da kursla bağlı qərar verən zaman birmənalı şəkildə həmin addımın ictimiyyətə, ictimai fikrə təsirlərini öncədən qiymətləndirməyə çalışmalıdırlar. Sözsüz ki, bu, bəzi hallarda baş vermir.

“Birinci devalvasiyanın sərt olacağını proqnozlaşdırmaq mümkün deyildi, çünki Mərkəzi Bank dəfələrlə bəyan etmişdi ki, yumşaq və mərhələli devalvasiya olacaq. Amma Mərkəzi Bankın birinci devalvasiya ilə bağlı qərarından sonra ikinci devalvasiya və sonrakı prosesləri praktik olaraq proqnozlaşdırmaq oldu.

Bu proqnozların da mətbuata çıxmasında qeryri-adi heç nə yoxdur. İctimaiyyət öncədən məlumatlı olmalıdır ki, nələr baş verir və nələr olacaq. Sözsüz ki, bəzi mətbu orqanlarının daha çox oxucu yığmaq, yalnız devalvasiya ilə deyil, digər sahələrlə bağlı yaydıqları məlumatlar təbii ki, ictimaiyyətdə birmənalı qarşılanmır.

İctimaiyyət də məlumatı alan zaman hansı mətbu orqanına və kim tərəfindən deyildiyinə diqqət edilməlidir. Modern.az-a müsahibə verdiyim üçün demirəm. Modern.az praktik olaraq o media orqanlarındandır ki, məlumatları obyektiv verməyə çalışır. Mətbuatın böhran dövrüdə funksiyası ondan ibarət olmalıdır ki, ictimaiyyətə həm doğru məlumat versin, həm də ajiotaj yaratmasın”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın