Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Manatın məzənnəsinə təsir edən əsas amillər… – Sabiq nazir ilginc faktlar açıqladı

Manatın məzənnəsinə təsir edən əsas amillər… – Sabiq nazir ilginc faktlar açıqladı

Dövlət Gömrük Komitəsinin statistik məlumatlarında cari ilin 7 ayı ərzində ixracın həcminin 38,57% azalması açıqlanıb.

Bəs, bu azalma nəylə bağlıdır və bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?

Mia.az xəbər verir ki, sabiq maliyyə naziri Fikrət Yusifov bu azalmanı neftlə əlaqələndirib:

“Bu azalma bir tərəfdən neftin qiymətlərinin, digər tərəfdən isə onun hasilatının aşağı düşməsi ilə bağlıdır. Bütövlükdə 7 ay ərzində idxal və ixrac arasında 167,5 milyon ABŞ dolları həcmində mənfi saldo əmələ gəlib. Ölkənin tədiyyə balansındakı isə ümümilikdə mənfi saldo 250 milyon dollara yaxındır”.

Sabiq nazir deyir ki, yaranmış vəziyyət manatın məzənnəsinə təziqləri artıran başlıca səbəbdir:

“Milli valyutanın məzənnəsinə təsir edən bir başqa səbəb isə yaranmış panik durumda hər kəsin əlindəki manatı ehtiyac oldu-olmadı, birinci imkan düşən kimi dollara çevirmək cəhdidir.

Apardığımız araşdırmalar göstərir ki, hətta bir çox təşkilatlar ayın axırında işçilərinə əmək haqqı şəkilində ödəyəcəkləri vəsaiti də əvvəlcədən dollara dəyişib, ayın axırında onu daha sərfəli kursla manata çevirərək əmək haqqı ödəyirlər.

Digər tərəfdən, büdcədən ayrılan vəsaitlərin – xüsusilə də təmir-tikinti, abadlıq işləri üçün ayrılan vəsaitlərin böyük bir qismi dərhal dollara çevrilir. Nəticə etibarilə tədiyyə balansında mənfi saldonun mövcud olduğu bir məqamda, xarici valyutaya bütün səviyyələrdən basqılar edilir. Belə olan halda təbii ki, manatın məzənnəsində hər gün baş verən ucuzlaşmaları başa düşmək çətin deyil”.

Fikrət Yusifovun sözlərinə görə, ölkədə xarici valyutaya təbii ehtiyac təkcə idxal mallarını alıb gətirmək üçün yaranmır:

Fikrət YUSİFOV

“Ortada başqa uyğun məqamlar da var. Bu sıraya xaricə turist kimi gedən vətəndaşların özləri ilə apardıqları xarici valyutanı, təhsil və müalicə üçün xaricə çıxarılan valyutanı, xaricdən kredit götürmüş müəssisələrin (o cümlədən bankların) ilin sonuna doğru vaxtı çatmış öhdəliklər üzrə etdikləri ödənişləri, başqa ölkələrdə yatrımlar etmək məqsədilə baş verən kapital axınını da əlavə etdikdə, mənzərənin bir o qədər də ürəkaçan olmadığı aydın olur”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın