Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Manatın məzənnəsi ilə bağlı şok rəqəm – 1.05 oldu

Manatın məzənnəsi ilə bağlı şok rəqəm – 1.05 oldu

“Bloomberg”in məzənnələr sistemində Dollar/Manat məzənnəsi tez-tez yenilənir. Bakı vaxtı ilə 15:20-yə olan məlumata görə, 1 dollar 1,55 manata bərabərdir.

“Qafqazinfo” “Marja”ya istinadən xəbər verir ki, sistemdə verilən məzənnədə dünəndən baş verən kəskin enmə və qalxmalar çaşqınlıq yaradıb. Məsələn, bu gün Bakı vaxtı ilə 13:15-də Dollar/manat məzənnəsi 1.0518 səviyyəsinə düşüb və 5 dəqiqə sonra yenidən 1,5511 səviyyəsinə yüksəlib. Dünən də belə vəziyyət 2 dəfə müşayiət olunub.

Valyuta bazarı (Forex) üzrə mütəxəssislər iddia edirlər ki, qrafikdə kursun kəskin düşüb qalxması vaxtında pulunu dollara çevirə bilməyənlərə şəraitin yaradıldığına işarə edir. Ehtimal olunur ki, bəzi oliqarxlar pullarını köhnə məzənnə ilə manatdan dollara çevirdiklərindən məzənnəni göstərən qrafik kəskin enib qalxır.

***

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, belə bir hal nəğd ödənişlər üçün deyil, elektron şəkildə bank hesablarında olan məzənnənin dəyişdirilməsi üçün istifadə edilə bilər:

“Yəni texniki cəhətdən bu mümkündür. Bunun  necə baş verdiyini və hansı formada olduğunu söyləmək isə çətindir. Çünki bu texniki məsələ də ola bilər. Platformada hər hansı problem yaranıb sonra dəyişə də bilər. Bu ciddi araşdırma mövzusudur. Əgər belə bir şey varsa, hüquq-mühafizə orqanları bunu ciddi şəkildə araşdırmalıdır. Bu birbaşa hüquq pozuntusudur. Azərbaycan Mərkəzi Bankının razılığı olmadan bu əməliyyat edilə bilməz. Əgər olubsa, birbaşa Mərkəzi Bankın razılığı ilə olub”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın