Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Manatın kəskin devalvasiyası gözlənilmir” – Elman Rüstəmov

“Manatın kəskin devalvasiyası gözlənilmir” – Elman Rüstəmov

“Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir”. Bunu mərkəzi bankın sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb: “Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə  neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”. (APA)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın