Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Manatın güclənməsini şərtləndirən – AMİLLƏR

Manatın güclənməsini şərtləndirən – AMİLLƏR

Analitiklərin hesablamalarına görə, hazırda manatın güclənməsi iqtisadi artımı tormuzlaya bilər. İqtisadi artım ya yerli məhsul və xidmətlərin ixracı ilə,  ya da idxalın daxili istehsal hesabına əvəzləşdirilməsi ilə baş verə bilər.

“AzFinance” İnvesitiya Şirkətinin proqnozlarına görə, indiki vəziyyət göstərir ki, əhalinin alıcılıq qabliyyətinin arrması ehtimalı azdır və bunun hesabına iqtisadi artıma nail olmaq mümkünsüz görünür.

“Manatın möhkəmlənməsi ixrac məhsullarını məhdudlaşdıra və nəzərdə tutulmuş böyük layihələri, məsələn, logistika layihələrini və s.  iqtisadi cəhətdən faydasız edə bilər. Digər tərəfdən, bu,yerli məhsulları xarici məhsullara qarşı rəqabətsiz hala gətirə bilər. Belə olan halda idxalın yerli istehsal hesabına əvəzlənməsinə mane olacaq”.

Qeyd edək ki, ölkədə bir neçə faktor manatın stabil qalmasını tələb edir.

1. Dövlətin böyük həcmli layihələri;

2. Əhalinin və biznesmenlərin baxışı.

“AzFinance” analitikləri hesab edirlər ki, manatın ucuzlaşmasına heç bir iqtisadi əsas yoxdur. Milli valyutanın bahalaşması isə iqtisadi cəhətdən səmərəli deyil.

“Belə vəziyyətdə dollara tələb yox, dolların təklifinin artacağını gözləyirik. Təklifin artması fonunda isə Mərkəzi Bankın dolları alaraq rezervlərini bərpa edəcəyi gözlənilir. Ən azından neftin qiyməti 45-65 dollar arasında qaldığı halda manatın məzənnəsinin 1,65-1,75 səviyyəsində qalacağını proqnozlaşdırırıq”.

Qeyd edək ki, son günlərdə dollar ticarətində spredin artması müşahidə edilir. Analitiklər də hərraclarda dolların məzənnəsinin hərəkəti zamanı qara bazar və banklarda spredin daha da artacağını proqnoz edirlər.

“Yəni əsas fx traderlər – dollar alıb satmaqla fərqdən qazananlar (bank və ya qara bazar iştirakçıları) məzənnənin birtərəfli hərəkətinə reaksiya verərək həmin istiqamətdə spredi atrırlar. Yəni, dollar bir neçə gün davamlı ucuzlaşdığı zaman alış qiymətini daha ucuz təklif edirlər və stabillik yaranan kimi qiyməti Mərkəzi Bankın məzənnəsinə yaxınlaşdırırlar”.

Burada əsas səbəb bu prosesin kortəbii idarə olunması və əsasən, Mərkəzi Bankın harada dayanacağı barədə proqnozun olmamasıdır. İndi hamının bu dayanmanı gözləməsi də vəziyyəti mürəkkəbləşdirir. Profissionallar isə proqnoz verib onun üzərindən hansı qiymətə alacağını və hansı qiymətə nə vaxt satacağını müəyyən edib ona uyğun hərəkət edirlər. Onlardan biri də “AzFinance” İnvestisiya Şirkətidir. Şirkətlə əlaqə saxlamaq üçün aşağıdakı nömrələri yığın:

012 310 33 30

012 310 33 22

050 290 27 38

050 290 44 88

Fins.az

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın