Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Manatın bahalaşmasının sirri

Manatın bahalaşmasının sirri

Manatın dollara nisbətən məzənnəsinin son günlər cüzi də olsa müşahidə edilən artımla bağlı tanınmış iqtisadçı Vüqar Bayramov öz fikirini bölüşüb.

Azinforum.az xəbər verir ki, Vüqar Bayramov manatın məzənnəsinin yüksəlməsinin yanvarın 25-dən başlayaraq müşahidə edilməyə başladığını xatırladıb. Əlavə edib ki, həmin günü 1 dollar üçün 1.6054 manat ödənilsə də, fevralın 1-i üçün kurs 1,5972 manat olacaq:

“Göründüyü kimi, söhbət manatın cüzi möhkəmlənməsindən gedir. Əslində, manat dollar məzənnəsindəki dəyişikliklər Amerika pulu ilə avro arasındakı kursa uyğun baş verib. Belə ki, məhz bu ayın 25-dən başlayaraq avro dollara nisbətən möhkəmlənib və yalnız bu gün Avropa pulunun mövqeləri nisbətən zəifləyib. Bivalyuta səbətindən istifadə edən Mərkəzi Bank dolların dünya bazarında zəifləməsinə uyğun olaraq milli valyutanı gücləndirib.

Digər tərəfdən, neftin qiymətinin son günlərdəki möhkəmlənməsinin manata təsir etdiyini düşünmürəm. Neftin qiyməti hələlik manatı gücləndirmək səviyyəsində deyil. Eyni zamanda, Mərkəzi Bankın daimi bazarda qalması dollara olan tələbinin ödənilməsinə təsir göstərir və etiraf etmək lazımdır ki, valyuta bazarında bir neçə həftə öncə müşahidə edilən ajiotaj xeyili dərəcədə səngiyib. Bununla belə, Mərkəzi Bank əslində 4 faizlik marjı müəyyənləşdirməklə praktik olaraq üzən valyuta rejimindən imtina edib. Ən çox verilən digər sual manatın məzənəsinin növbəti günlərdə necə dəyişməsi ilə bağlıdır. Əgər Mərkəzi Bank manatın məzənnəsi üçün tarazlıq nöqtəsini müəyyənləşdiribsə o zaman dollar-avro kursu milli valyutaya yenidən təsir göstərməyə başlayacaq.

Bu günun ikinci yarısında avro yenidən zəifləyib və bu davam edərsə, o zaman milli valyutamızın kursunda bu əks olunmalıdır. Amma əgər Mərkəzi Bank sadəcə bazar psixoloji mesajlar verirsə, o zaman kurs istənilən zaman istənilən istiqamətdə dəyişə bilər.

Digər tərəfdən, manatın məzənnəsi bazar tərəfindən hələ də müəyyənləşmədiyi və Mərkəz Bank bazarda əsas oyunçu olduğu üçün milli valyutanın məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bütün hallarda xarici valyutaya tələbi azaltmaq üçün Mərkəzi Bankın manatı möhkəmləndirməklə bazara psixoloji təsir etmək və əhalinin dollar təklifini artırmaq istəyi də istisna edilmir”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın