Ana səhifə / Kriminal / Manatın bahalaşması davam edir

Manatın bahalaşması davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 11-i ilə müqayisədə 0,12% azalaraq 1,5986 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1% zəifləyərək 1,7663 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 11-i ilə  müqayisədə 0,78% ucuzlaşaraq 0,0256 manat səviyyəsinə enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,5189 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdır. Beləliklə, funt sterlinq 0,36%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,34% ucuzlaşaraq 0,6803 manat təşkil edib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın