Cümə , Noyabr 15 2019
Ana səhifə / Kriminal / MANATI YENİ DEVALVASİYA GÖZLƏYİRMİ? – Mərkəzi Bankdan açıqlama

MANATI YENİ DEVALVASİYA GÖZLƏYİRMİ? – Mərkəzi Bankdan açıqlama

“İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.”

Bu barədə Mərkəzi Bankdan bildirilib.

“Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.

İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlamışdır.

Bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşmışdır.

Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin etmişdir”,- Bankın məlumatında deyilir.

Həmçinin oxuyun

Bakıda qadın mağazadan 150 manatlıq çantanı belə oğurladı – VİDEO

Bakıda qadınlar üçün mallar satılan mağazadan oğurluq olub. Azinforum.az  Baku.ws-ə istinadən xəbər verir ki, İslam …

Bir cavab yazın