Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Manat yenə təzyiqlərə məruz qalır” – Samir Şərifov

“Manat yenə təzyiqlərə məruz qalır” – Samir Şərifov

“Devalvasiyalara baxmayaraq, yenə də manatın məzənnəsi təzyiqlərə məruz qalmaqdadır”.

Bunu 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Daha sonra S.Şərifov növbəti ilin dövlət büdcəsinə yenidən baxılma ehtimalından danışıb: “Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/ bareldən daha da azalması, qeyri-neft sektorunda artım nəzərdə tutulan səviyyədə olmaması,(2017-də ÜDM 1% artımı, qeyri-neft sektiru üzrə ÜDM-in 2,5% səviyyəsində artımı) artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın