Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Manat üçün böyük təhlükə

Manat üçün böyük təhlükə

Yeni hücum Azərbaycan banklarını tam müflis edə bilər.

Hakerlərin Rusiyada dövrəyə daxil etdiyi yeni virus bank hesablarına toxunmadan pulları birbaşa bankomatdan oğurlamağa imkan yaradır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankı KİV vasitəsi ilə bazar iştirakçılarını xəbərdar edib.

Məlumata görə, virus fayl olmadan bankomatın əməliyyat yaddaşında oturur, bu da onun antivirus proqramlarından yayınmasına imkan yaradır. Xüsusi kodun daxil edilməsi ilə bankomatdan ən yüksək nominallı 40 ədəd əskinası götürmək olur.

“Kommersant” qəzetinin yazdığına görə, virus ölkəyə xaricdən daxil olub və Rusiyanın bank sistemi bu təhlükəyə hazır deyil. Virus müştərilərin hesabının göstərici bazası ilə maraqlanmır. Buna görə də birbaşa bankları hədəfə alır. Rusiya ekspertləri düşünür ki, banklar bu məsələ ilə bağlı hesabdakı pulları sığortalamaqla işi bitmiş sayırlar, amma bankın müdafiəsinin gücləndirilməsinə pul ayırmırlar.

Azərbaycan banklarında təhlükəsizliklə bağlı vəziyyət heç də ürəkaçan deyil. Müştərilərin kart hesabından pulların naməlum saytlar tərəfindən silinməsi çox təsadüf edilir, amma banklar müştəriyə bu məsələ də yardım edə bilmirlər. Tanınmış banklardan birinin rəhbərinin kartından Rusiya oyun saytlarının biri keçən il 5 min manat silmişdi, amma bank məmuru bununla bağlı heç bir iş görə bilmədi.

Buna görə, naməlum virus Azərbaycan banklarını müflis edə bilər. Hər bankomatdan hər dəfə 4 min manat çıxarın virusun əsas qurbanı bankların təsisçiləri ola bilər. Bu isə bu il daha bir neçə bankın sıradan çıxması ilə nəicələnə bilər. Nəticədə, əhavli banklardan bütün vəsaitlərini çıxarar və nağd dollar almağa üstünlük verər. Bu isə manatın məzənnəsinə təsir göstərə bilər.

Onsuz da Azərbaycanda bu məsələdə hələ də problemlər var. Hökumətin ötən ilki hesabatının parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova bildirib ki, Azərbaycanda daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir. Əgər bu bədbin proqnozlar gerçəkləşsə, Azərbaycanda növbəti devalvasiya baş verə bilər.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın