Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Maliyyə Nazirliyinin yarımçıq büdcə hesabatı – FOTO

Maliyyə Nazirliyinin yarımçıq büdcə hesabatı – FOTO

Maliyyə Nazirliyi öz saytında 6 ayın yekunları üzrə dövlət büdcəsinin hesabatını yerləşdirib.

“Qaynarinfo.Az” xəbər verir ki, hesabat yarımçıq olduğundan heç bir quruma aid maliyyə hesabatı göstərilməyib. Məsələn təhsilə, səhiyyəyə, sosial müdafiəyə, polisə, orduya xərcələnən vəsaitlər göstərilməyib.

Hesabatın dolğun olmaması, cəmiyətdə mənfi rəy yaradıb.

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Cənubi Qafqazın ən böyük dövlət büdcəsi bizim olsa da ən zəif büdcə hesabatlılığı və şəffaflığı da bizim payımıza düşür.

Eksper bildirib ki, Maliyyə Nazirliyinin rəsmi internet saytı ötən əsrin 90-cı illərinin internet resurslarını xatırladır: “Dövlət büdcəsinin rüblük və yarımillik hesabatı isə heç bir normal standarta uyğun gəlmir. Gürcüləri demirəm, heç olmasa bəyənmədikləri Ermənistanın Maliyyə Nazirliyinin saytına baxsınlar. Ermənistan Maliyyə Nazirliyin dövlət büdcəsinin icrası ilə bağlı interaktiv məlumatlar yerləşdirir. Büdcə məlumatları ictimaiyyətə açıqdır. Bizimkilər isə məhdud həcmdə büdcə sənədini çap edir və bərk-bərk tapşırırlar ki, heç kimə verməsinlər”.

VACİB QEYD: Məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, münasibət öyrənmək istəsək də təəssüf ki, bu baş tutmadı.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın