Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Maliyyə Nazirliyi də hesabat verdi

Maliyyə Nazirliyi də hesabat verdi

Bu ilin 6 ayında dövlət büdcəsinin gəlirləri 6133,8 milyon manat, xərcləri isə 6821,5 milyon manat olub. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.

Maliyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, bu gün nazirlikdə keçirilən kollegiya iclasında büdcə ilə bağlı hesabat verilib.

Nazir Samir Şərifov bildirib ki, cari ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək. “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib”,-deyə nazir vurğulayıb. Kollegiya iclasında Maliyyə Nazirliyinin Apellyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı dinlənilib. İlin birinci yarısında Apelleyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın