Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Maliyyə naziri: “Büdcədə müvafiq düzəlişlər olunacaq”

Maliyyə naziri: “Büdcədə müvafiq düzəlişlər olunacaq”

Dövlət başçısının tapşırığına uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Azinforum.az saytı “Trend” agentliyinə istinadən bildirir ki, maliyyə naziri Samir Şərifov büdcədə olunacaq düzəlişlərlə bağlı bunları deyib:

“İlk növbədə müəyyən qiymət artımı ilə əlaqədar hansı ki, manatın yeni məzənnə siyasəti ilə bağlıdır, bu artımların təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. Yəni, bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq.

Əmək haqlarının artırılması üçün maliyyə təminatının yaradılması, eyni zamanda məcburi köçükünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb. Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın