Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Mahir Xəttab Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb

Mahir Xəttab Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb

Ötən gecə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sayt rəhbəri Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə istintaqın təqdimatı təmin edilib. Mahir Xəttab barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun vəkili Mehman Muradlı bildirib ki, Mahir Xəttab YAP-ın Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb.

Əldə etdiyimiz məlumata görə M.Xəttab CM-nin 182.2 (hədə qorxu ilə tələb etmək) maddəsi ilə təqsirləndirilir. 

Xatırladaq ki, Mahir Xəttab “Azadinfo.az” saytının rəhbəridir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …