Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Mahir Məmmədov biznesmeni belə öldürdü – GÜLLƏLƏNMƏ VİDEOSU

Mahir Məmmədov biznesmeni belə öldürdü – GÜLLƏLƏNMƏ VİDEOSU

Rusiyada yaşayan azərbaycanlı biznesmən Füzuli Qarayevin kim tərəfindən öldürüldüyü məlum olub.

Azinforum.az-ın crimetime.ru-ya istinadən məlumatına görə, aparılan əməliyyat-axtarış tədbriləri nəticəsində cinayətdə şübhəli bilinən Mahir Məmmədov saxlanılıb.

Bu hadisənin üstünün açılmasında video kamera görüntüləri böyük rol oynayıb. Mahir Məmmədovun barəsində axtarış elan edilib və yaşadığı mənzildə şkafın içində ələ keçib.

O, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, Mahir Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan qanuni oğru Nadir Səlifovun adamı kimi tanınır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …