Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / “Mahir Ay Brat” ləqəbli meyxanaçıya hökm oxundu

“Mahir Ay Brat” ləqəbli meyxanaçıya hökm oxundu

“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror təqsirləndirilən Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. APA

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …