Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Mahaçqala merinə qarşı ittiham irəli sürüldü

Mahaçqala merinə qarşı ittiham irəli sürüldü

İstintaq orqanları tərəfindən Mahaçqala meri Musa Musayevə qarşı ittiham irəli sürülüb.

Virtualaz.org-un məlumatına görə, bu barədə RİA Novosti-yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Musayevə qarşı ittiham irəli sürülüb. Bununla bağlı onun həbs müddəti avtomatik olaraq iki ayadək uzadılacaq”, – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, M.Musayev yanvarın 21-də həbs edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsində (“Yerli özünüidarəetmə orqanı başçısının səlahiyyətlərini aşmaqla ağır nəticələrə səbəb olan əməllər törətməsi”) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir. İstintaq məlumatlarına görə, 2016-cı ilin baharında Mahaçqala meri burada 17.5 min kvadratmetr ərazini əhatə edən torpaq sahəsinin respublikanın mülkiyyətində olduğunu bilə-bilə 1.1 milyon rubla “ASPK” ASC-yə ayrılması ilə bağlı sərəncam imzalayıb.

Halbuki ekspert rəyinə görə, əslində, həmin torpaq sahəsinin bazar qiyməti 81 milyon rubldan çoxdur. Merin bu qərarla qanunu pozduğu və respublika büdcəsinə ağır zərbə vurduğu iddia olunur.

Onu da qeyd edək ki, M.Musayev özünü təqsirkar saymır.

Yeri gəlmişkən, Dağıstanın başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev bir neçə gün əvvəl Mahaçqalada keçirdiyi operativ müşavirədə demişdi ki, Musa Musayev barəsində qaldırılmış cinayət işi regionda qayda-qanun yaradılması üçün atılan addımlardan biridir.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …