Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Kriminal / Mağazaya borcu olan şəxsi öldürən şübhəli tutuldu — RƏSMİ

Mağazaya borcu olan şəxsi öldürən şübhəli tutuldu — RƏSMİ

Fevralın 18-də saat 12 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunun rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Göyçay Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, istintaqla Göyçay şəhəri Heydər Əliyev küçəsində yerləşən “Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-də saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci il tarixdə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Karantin postundakı əməliyyatın TƏFƏRRÜATI

Polisin keçirdiyi əməliyyat zamanı güllələnən şəxslər hakim qarşısına çıxarılıb. Onlar narkotik ittihamı ilə həbs ediliblər. …