Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Mağazalarda və bazarda toyuq əti bahalaşdı – VİDEO

Mağazalarda və bazarda toyuq əti bahalaşdı – VİDEO

Bakı sakinləri toyuq ətinin son günlərdə bahalaşdığını bildirirlər. Toyuq ətinin qiyməti 4 manat 20 qəpik – 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi xüsusilə toyuq filesində, yəni döş ətində nəzərə çarpır.

Satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar filenin müxtəlif firmalar tərəfindən hazır şəkildə gətirildiyini və qiyməti də firmaların təyin etdiyini deyirlər.

Bazarlarda açıq şəkildə satılan döş əti – filenin qiyməti isə artmayıb. Kiloqramı 6 – 6 manat 50 qəpiyə file tapmaq mümkündür.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, nə toyuğun, nə də filenin qiyməti broylerlər tərəfindən qaldırılmayıb və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti  də onlar təyin edirlər.

“Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz”, – deyə Aydın Vəliyev bildirib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın