Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Məşhur şirkət rəhbərinə cinayət işi açıldı

Məşhur şirkət rəhbərinə cinayət işi açıldı

Bəzi KİV-lərdə yayılan  məlumata görə, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu 10.07.2017-ci ildə “İdeal-inşaat” MMC-yə məxsus MTK-nın 200 ailəyə xidmət göstərən komendant otağını güc tətbiq edərək zəbt etməsi barədə daxil olmuş şikayət əsasında Binəqədi RPİ-də Cinayət Məcəlləsinin  322 (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayət işi Bakı şəhər Prokurorluğunun nəzarətindədir. Xatırlatmaq istəyirik ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdi. Bu hadisə Müdafiə Nazirliyində xidmət edən polkovnikin ölümünə səbəb olmaqla gündəmə gəlmişdi.

Yazıda adları çəkilən şəxslə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.

******

“Xaliq Faiqoğlu” MMC bu gün bəzi mətbu orqanlarda şirkət rəhbərliyinə qarşı cinayətişinin açılması ilə bağlı məlumatları təkzib edir.

Şirkət bildirilir ki, 8 iyun 2017-ci il tarixində bir qrup şəxslə əlbir olaraq SAFASTORE supermarketinə hücum təşkil edərək хuliqanlıq hərəkətləri törətmiş “İdeal İnşaat” MTK –nın faktiki rəhbəri Azadxan Xanməmmədovun əməlləri ilə bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin 31 yanvar 2018-hökmü ilə A.Xanməmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs edildikdən sonra “İdeal İnşaat” MTK tərəfindən guya mübahisəli marketin içində olan komendant otağının tutulması ilə bağlı Binəqədi RPİ-nə ərizə ilə müraciət edilsə də, araşdırma nəticəsində həmin ərizə rədd edilmişdir. Bununla belə bu ilin fevral ayında A.Xanməmmədov barəsində “Xaliq Faiqoğlu” MMC-nin küllü miqdarda dəyəri olan əmlakını ələ kecirməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılmışdır.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …