Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Məşhur lombardın sahibi olan qadın həbs edildi – Özünü “generalın qohumu” kimi təqdim edirmiş

Məşhur lombardın sahibi olan qadın həbs edildi – Özünü “generalın qohumu” kimi təqdim edirmiş

Nərimanov rayon Məhkəməsində özünü generalın qohumu kimi təqdim edərək dələduzluq edən qadının məhkəməsi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Əliyeva Mazbura Teymur qızının məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 9-da hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, cinayət işində bir neçə nəfər zərərçəkmiş qismində tanınıb.

Belə ki, Mazbura Əliyeva Qara Qarayev prospektində lombard işlədib və əhaliyə özünü Nəzakət kimi tanıtdırıb. Həmçinin hamıya DTX-nin rəisi Mədət Quliyevin yaxın adamı olduğunu bildirib. Guya oğlu Zaur Mədət Quliyevin böyük oğlu ilə dostdur. Mazburanın sözlərinə görə, guya şəhərdə işlətdiyi 4-5 lombardı da general ilə şərikdir…

İstintaq araşdırmaları zamanı məlum olub ki, lombarda qızıl qoyaraq pul götürənlər pullarını faizlə qaytarsalar da qızıllarını geri ala bilməyiblər. Hətta Vüqar Bəkirov adlı şəxslədə iş qurmaq barədə razılığa gəlib və ondan 35 ədəd iki karatlıq brilliant dəsti alıb. Bunun dəyəri isə 500 min manatdan çox olub. Ancaq Mazbura aldığı qızılları, brilliantları qaytarmayanda zərərçəkmişlər məcbur olub 17-ci polis bölməsinə şikayət ediblər. O, sentyabr ayının 26-da həbs edilib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …