Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Məşhur “Elit” ticarət mərkəzi müştərisiz qalıb

Məşhur “Elit” ticarət mərkəzi müştərisiz qalıb

Bakının Binəqədi rayonunda yerləşən “Elit” ticarət mərkəzində alıcı qıtlığı yaşanır. 2002-ci ildən fəaliyyət göstərən alış-veriş mərkəzində alver “öldüyündən”, ziyanla işləyən mağazaların çoxu bağlanıb. Bunu virtualaz.org-a ticarət mərkəzində çalışan satıcılar deyiblər.

Onların sözlərinə görə, artıq mövsümi mallar da gəlir gətirmir: “Bu ticarət mərkəzinin də vaxtları var idi, müştəri əlindən tərpənmək olmurdu. O vaxtlar çoxdan gedib. Xüsusən, qiymət artımından sonra alver lap “ölüb”. Olur ki, günlərlə mal satmırıq. Daha mövsümi mallar da gəlir gətirmir”, – deyə satıcılar bildirirlər.

Mağaza sahiblərinin sözlərinə görə, ucuz mal almaq istəyənlər “8-ci km bazarını”, nisbətən keyfiyyətli mal axtaranlar isə “Binə” və “Sədərək” ticarət mərkəzlərini seçirlər. Bura artıq çoxdan müştərilərin yadından çıxıb.

Satıcılar deyirlər ki, alver olmadığından mağazaların aylıq icarə haqqını da ödəyə bilmirlər: “Mən qadın geyimləri satıram, mağazanın icarəsi də 100 manatdır. Amma bunu da ödəyə bilmirəm, çünki özünüz də görürsünüz ki, müştəri yoxdur. Hələ bizdə mağaza balacadır, icarə haqqı 200-300 manat olanlar da var. Bəzi mağazalar ziyanla işlədiklərinə görə bağlanıblar. Bundan sonra ticarət mərkəzində alverin canlanacağına gümanım yoxdur”, – deyə adını söyləmək istəməyən satıcı bildirir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın