Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / “Məsələ formatda, kartof-soğanda deyil, məsələ “vnimatelni” olmaqdadır”

“Məsələ formatda, kartof-soğanda deyil, məsələ “vnimatelni” olmaqdadır”

1995-1997 illərdə Azərbaycan Xarici İqtisadi Əlaqələr Nazirliyi ölkənin investisiya mühitini və imkanlarını daha da genişləndirmək nədəniylə o zaman BMT İnkişaf Proqramı ilə birlikdə Sumqayıtda və daha sonra isə Naxçıvanda Xüsusi Sərbəs İqtisadi Bölgə modelinin yaradılması üzərində birgə səyləri davam etdirirdi.
Xarici sərmayədarların əziyyətsiz və bürokratik maneələrsiz ölkədə qeydiyyata düşmələri və işə başlamaları üçün çox asan və mütərəqqi “bir pəncərə” sistemi tətbiq etmişdik. İnvestorlar Nazirliyə müraciət etdikdən sonra 3-5 iş günü ərzində dövlət qeydiyyatına alınır, dərhal fəaliyyətə başlaya bilirdilər. 1997-ci ildə ölkədə xarici investorların (hüquqi və fiziki şəxslərin) sayı artıq 3 mindən çox idi…
BMTİP koordinatoru, italyan əsilli graf Paolo Lembo ilə birlikdə həvəslə üzərində çalışdığımız Sərbəst İqtisadi Bölgə layihəsi baş tutacağı halda, Azərbaycanın qeyri neft sektoruna yaxın bir-neçə il ərzinə 10 milyard dollardan artıq xarici investisiyaların yatırılmasını təmin edə biləcəkdi.
Faktiki olaraq, bu təşəbbüs iqtisadi açıq qapılar siyasətinə start vermək idi, ölkənin qeyri-neft sektorunun, istehsal münasibətlərinin, məhsuldar qüvvələrinin yeni, misli görünməmiş inkişaf modelinin qurulması yolunda əvvəllər və sonralar əvəzi olmayan yeni iqtisadi inkişaf modelinin təməl daşı idi.
Təəssüf ki, həmin layihə elə layihə olaraq dəfn edildi. Oxşar təşəbbüsü bir müddət sonra qonşu ölkələr həyata keçirdi. Rusiyada, İranda, Qazaxıstanda müxtəlif sərbəst bölgələr meydana gəldi. Hal hazırda İranın sərhədyanı Araz sərbəst iqtisadi bölgəsində azərbaycanlıların yüz milyonlarla ölçülən investisiya yatırımları vardır, və əhalimizin hətta kartof və soğan dalınca qonşu ölkənin sərbəst bölgəsinə hər gün baş vurmaları qaçılmaz bir faktdır.
İndinin özündə belə, milli iqtisadi müstəvidə Sərbəst İqtisadi Bölgələr haqqında verdiyim ideyalar əhəmiyyətini itirməmişdir və ölkə başçısının elan etdiyi iqtisadi və sosial islahatların ana xətti ola biləcək qədər əhəmiyyətlidir.
Lakin, məsələ formatda, kartof və soğanda da deyil, məsələ vnimatelni olmaqdadır…
Keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın