Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bankın İdarə Heyətinin üç üzvünün səlahiyyət müddəti bitib – Deputatlar necə qərar verəcək?

Mərkəzi Bankın İdarə Heyətinin üç üzvünün səlahiyyət müddəti bitib – Deputatlar necə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.
AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti bu ay başa çatıb(apa).
Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir.
A.Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib. V. Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü, A. Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.
Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E. Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X. Abdullayev isə Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib.
Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.
APA

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın