Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bankın belə sədri ilə manatla hər şey ola bilər – Ittiham

Mərkəzi Bankın belə sədri ilə manatla hər şey ola bilər – Ittiham

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti dəfə mətbuata açıqlama verərək manatın devalvasiya təhlükəsinin olmadığını deyib.

Bəs doğrudanmı manat devalvasiya təhlükəsindən birdəfəlik qurtuldu?

Moderator.az-a açıqlamasında Mərkəzi Bankın Qanunvericilik Şöbəsinin eks-rəisi, vəkil Əkrəm Həsənov bildirib ki, iddialara və nikbin proqnozlara baxmayaraq milli valyutamızın devalvasiya təhlükəsi qalmaqdadır:

“Əvvəla, Elman Rüstəmovun sözünə hazırda inanan yoxdur artıq. Digər tərəfdən, aydın deyil ki, hansi dövrü ehtiva edib: Bir gün, bir həftə, bir il, yoxsa əbədiyyəti nəzərdə tutub? Hesab edirəm ki, Mərkəzi Bankın belə sədri ilə manatla hər şey ola bilər. O cümlədən də devalvasiya. Ölkənin valyuta gəlirləri azalan şəraitdə devalvasiya labüddür. Yalnız Mərkəzi Bankın peşəkar və düşünülmüş siyasəti bunun qarşısını ala və ya devalvasiyani cüzi edə bilər. Bir sözlə, səriştəsizlər peşakarlarla əvəz edilənədək devalvasiya təhlükəsi var”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın