Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bank banklara qiymətli kağız satışını 15 dəfə azaltdı – RƏQƏM

Mərkəzi Bank banklara qiymətli kağız satışını 15 dəfə azaltdı – RƏQƏM

Dövlət istiqrazları ilə aparılan repo əməliyyatlarının səviyyəsi düz  15,6 dəfə azalıb. Fins.az maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı hesabata əsasən xəbər verir ki, ümumi məbləği 2 milyon manat olan cəmi iki repo əməliyyatı keçirilib ki, bu da 2015-ci illə müqayisədə 15,6 dəfə azdır.

Xatırladaq ki, REPO dedikdə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Tərs-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın