Ana səhifə / Kriminal / Mənimsəmədə ittiham olunan bələdiyyə sədrləri məhkəmə qarşısına çıxarılır

Mənimsəmədə ittiham olunan bələdiyyə sədrləri məhkəmə qarşısına çıxarılır

Ağstafanın Dağkəsəmən bələdiyyəsinin keçmiş sədri Ariz Bayramov və Neftçalanın keçmiş bələdiyyə sədri Rövşən Quliyev məhkəmə qarşısına çıxarılır.

Onlar ötən il həbs olunublar. Hər ikisi vəzifə saxtakarlığında, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.  
 
Məsələn, Ariz Bayramova qarşı irəli sürülmüş ittihama görə o, 2019-2022-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyərkən kənd yollarının təmiri üçün xərcləri sənədlərdə şişirdib. Bundan başqa, bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə sənədlərə yalan məlumatlar daxil edib. Ariz Bayramov Ağstafa rayon Məhkəməsi tərəfindən mühakimə olunacaq.  

Rövşən Quliyev də oxşar maddələrlə ittiham olunur. Belə ki, ötən ilin oktyabrında Neftçala rayon Prokurorluğunda Neftçala bələdiyyəsində müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanandan sonra o, cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, Rövşən Quliyev bələdiyyə sədri işlədiyi 2018-2022-ci illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəyib, külli miqdarda rüşvət alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol verib. Onun mühakiməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …