Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Məktəbli avtobusunun sürücüsünü bıçaqlayan biznesmen Mustafayev tutuldu

Məktəbli avtobusunun sürücüsünü bıçaqlayan biznesmen Mustafayev tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində idarə etdiyi “Range Rover” avtomobili ilə məktəbliləri ekskursiyadan qaytaran avtobusun qarşını kəsərək sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayev saxlanılıb. Virtualaz.org xəbər verir ki, 44 yaşlı biznesmen Peterburqun Vsevolojsk rayonunda yaxalanıb. Bundan əvvəl Rusiya İstintaq Komitəsi onun fotolarını yaymışdı və şəhər sakinlərindən xahiş etmişdi ki, şəxsin yaxalanmasına yardım edən informasiyaları hüquq-mühafizə orqanlarına çatdırsınlar.

Bildirilir ki, hazırda Mustafayev Peterburqun İstintaq Komitəsində dindirilir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onun daha sonra məhkəməyə çıxarılacağı gözlənilir. Ə.Mustafayevin barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. İnsident zamanı onunla birlikdə avtomobildə olan qadın-30 yaşlı Zülfiyyə Səidmuratova isə axtarılır.

Xatırladaq ki, bu səs-küylü hadisə dekabrın 25-də axşam saatlarında baş verib. “Range Rover” sürücüsü qarşıda hərəkət edən avtobusun manevrlərindən hirslənərək onun qarşısını kəsib. Avtobusun sürücüsünü sükan arxasından dartaraq onunla dava etməyə başlayıb. Dava zamanı Mustafayev bıçaqla avtobus sürücüsünə 3 zərbə endirib. Üstəlik onunla birlikdə avtomobildə olan qadın da küt alətlə yaralı sürücünün qıçlarına vurub. Daha sonra cütlük heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb. Yaralı avtobus sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə avtobusdakı 4-cü sinif şagirlərinin gözləri qarşısında baş verib, onların bir neçəsi gördüklərindən şoka düşüblər.

Hadisə geniş rezonans doğurub. Ötən gün Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlinin tutulması üçün bütün təxirəsalınmaz tədbirləri görməyi tapşırıb.

Ə.Mustafayev 2009-cu ildə Rusiya vətəndaşlığı alıb, Peterburqda yükdaşıma və metal tullantıları biznesi ilə məşğuldur. Müntəzəm olaraq Azərbaycana gəlib-gedir.

 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …