Ana səhifə / Kriminal / Məktəb direktoruna yayılan bu videodan sonra cinayət işi açıldı

Məktəb direktoruna yayılan bu videodan sonra cinayət işi açıldı

Abşeron rayonunda işə düzəltmək adı ilə vətəndaşdan pul alıb mənimsəyən məktəb direktoru ilə bağlı cinayət işi başlanılıb.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edib.

Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək.

Xatırladaq ki, S.Əkbərovanın bu əməli barədə ilk dəfə bur neçə gün əvvəl Musavat.com saytı məlumat yaymışdı.

Belə ki, direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, onunla mübahisə etməyə başlamışdı.

Bu hadisə ilə bağlı video görüntü də yayılmışdı. Yayılan görüntülərdən də aydın olurdu ki, direktor həmin qadını sakitləşdirməyə çalışır. Digər müəllimələr də məsələyə müdaxilə etmək istəyir. Amma qadın onlara etiraz edərək israrla direktordan pulunu tələb edir.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən direktor Samirə Əkbərova isə iddia edirdi ki, qadın ona pul verdiyi üçün narazılıq etməyib.

Direktorun sözlərinə görə həmin xanım 3 ildir məktəbdə texniki işçi kimi çalışırmış.

Samirə Əkbərovanın bildirirdi ki, narazı xanımın bu cür səs-küy salmasına, etiraz etməsinə səbəb lotereya növbəsi imiş: “Müəllimlər öz aralarında lotereya oynayıblar. Kimsə-kiminsə növbəsinə keçdiyi üçün narazılıq olub. O da məktəb direktoru olduğuma görə mənim üstünə gəlib. Mənim orada heç səsim də çıxmır. Sadəcə xanımı sakitləşdirməyə çalışıram”.

Musavat.com

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …