Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Məktəb direktoru 20 min manat mənimsəməkdə ittiham olunur

Məktəb direktoru 20 min manat mənimsəməkdə ittiham olunur

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …