Ana səhifə / Kriminal / Məhkəmə Eldar Mahmudovun övladlarının iddiası barədə qərar verdi – 33 milyonluq mülk…

Məhkəmə Eldar Mahmudovun övladlarının iddiası barədə qərar verdi – 33 milyonluq mülk…

İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının “Prensa Iberica” media qrupunun beş orqanına qarşı qaldırdıqları iddianı rədd edib.

Belə ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz beş ispan nəşrinə qarşı iddia qaldırıb.

Belə ki, Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Iberica” media qrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib.
İddianın mövzusu olan məqalədə Mahmudovun övladlarının yüz milyon avronu keçən çiçəklənən ailə imperiyasının bir hissəsi olan Malyorka, Böyük Britaniya və Litvada qoyduğu daşınmaz əmlak investisiyalarından bəhs edilir. Bildirilir ki, onlar yalnız İspaniyada 33 milyon avrodan çox dəyərində aktivlər əldə ediblər.

Qeyd edək ki, Eldar Mahmudov Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 2004-2015-ci illər aralığında rəhbəri olub. Adı MTN sistemində yaratdığı genişmiqyaslı cinayət və korrupsiya əməllərində hallandırılıb. Bunun nəticəsində Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Yeniavaz.com 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …