Şənbə , May 28 2022
Ana səhifə / Kriminal / Məşhur polis rəisi həbs edildi – Ermənilərlə birgə iş tutubmuş

Məşhur polis rəisi həbs edildi – Ermənilərlə birgə iş tutubmuş

9 il axtarışda olan Anapa (Krım) cinayət axtarış şöbəsinin keçmiş rəhbəri İqor Nexayenko saxlanılıb. 2013-cü ildə o, cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilindiyindən barəsində həbs qərarı çıxarılıb.

Milli.Az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, Nexayenko Zirinov quldur dəstəsinin üzvü olub. Dəstənin bütün üzvləri, o cümlədən lider biznesi ələ keçirmək məqsədilə quldurluqda və sahibkarları öldürməkdə təqsirli bilinib. Mütəşəkkil cinayətkar dəstənin tərkibində Zirinovun tanışları – Knarik Aslanyan, Eduard Paladyan, Amar Suloyev, Anastas Tilgerov, Dmitri Sapojnikov, Andrey Miroşnikov və başqaları da olub.

Həmçinin oxuyun

“Cülyettanın dədəsi Akopda pul varıydı?!” – Vilyam Hacıyevin həyat yoldaşı haqda şok açıqlama

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmədə “Otağımda aşkarlanan 6 …