Ana səhifə / Kriminal / Məşhur marketə silahlı hücum – Müdir müavini xəsarət aldı

Məşhur marketə silahlı hücum – Müdir müavini xəsarət aldı

Azərbaycanda supermarketə silahlı basqın olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, “Bazarstore” marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.

Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan qaçıb.

Abşeron rayon polis şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq aparılır.

Həmçinin oxuyun

Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi törədilib. Yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində …