Çərşənbə , Mart 22 2023
Ana səhifə / Kriminal / Məşhur iş adamının evinə silahlı basqın -VİDEO

Məşhur iş adamının evinə silahlı basqın -VİDEO

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə silahlı basqın olub.

Evə girən şəxs əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirərək ondan pul tələb edib.

Bu ev “Ballı market”lər şəbəkəsinin sahibinə məxsusdur.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Baş memarın cinayət işi icraata götürüldü

Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti sabiq şöbəsi müdiri Elgün Abdullayevin cinayət işi icraata …