Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Kriminal / Məscidin həyətindən dam örtüyü və taxtaları apardı, günahını boynuna aldı – VİDEO

Məscidin həyətindən dam örtüyü və taxtaları apardı, günahını boynuna aldı – VİDEO

Masallıda təmir edilən məscidin həyətindən tikinti materialları oğurlayan şəxs tutulub.

Bu barədə baş müstəntiq Cahangir Hüseynov məlumat verib.

O bildirib ki, hadisə rayonun Xıl kəndində yerləşən məsciddə baş verib. Məscidin həyətindən bir ədəd 250 manat dəyərində elektrik tənzimləyicisi, 9 ədəd 310 manatlıq dam örtüyü, 6 ədəd 90 manat dəyərində taxta materialları və bir ədəd 200 manatlıq dəmir hasar örtüyü naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olmuş rayonun Musaküçə kənd sakini, 43 yaşlı Ağababa Cəfərovu şübhəli şəxs qismində tutub. İlkin dindirmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Həmçinin oxuyun

Bakıda icra nümayəndəsinin oğlu bacısını öldürdü

Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. …