Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Kriminal / Mərkəzi Bankın notlarına tələbat iki dəfə azaldı

Mərkəzi Bankın notlarına tələbat iki dəfə azaldı

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının (50100653S) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 22,759 mln. manat olub.

Sifarişlər 98,8065 manat (14,9948%)-99,96 manat (13,0460%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 98,8065 manat (14,9948%), ortaölçülmüş qiymət 98,8409 manat (14,5575%) müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 22,759 mln. manat məbləğində müəyyənləşdirilib.

Qiymətli kağızların ödəmə tarixi 9 mart 2017-ci ildir.

Həmçinin oxuyun

Bakıda taxta bazarı yanır – Fotolar+Video

Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb.  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri …

Bir cavab yazın