Ana səhifə / Kriminal / Mərkəzi Bankın hansı səlahiyyəti qaldı?

Mərkəzi Bankın hansı səlahiyyəti qaldı?

Prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyaları da həyata keçirəcək.

Fərmana əsasən bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub. Bu, adı çəkilən sahələrin Azərbaycan Mərkəzi Bankının nəzarətindən çıxması deməkdir.
Bundan sonra Mərkəzi Bankın hansı səlahiyyətləri qalacaq?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov AzVision.az-a açıqlamasında bilidirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaransa da, hələki onun nizamnaməsi təsdiq olunmayıb.

Ekpsertin sözlərinə görə, maksimum 1 ay müddətində palata fəaliyyətini təmin edə biləcək və bununla da Mərkəzi Bank bank sektoruna müdaxilə edə bilməyəcək.

“Mərkəzi Bankın banklara nəzarət etməklə bağlı heç bir səlahiyyəti qalmayacaq. Bütün səlahiyyətlər həmin palatada olacaq. Mərkəzi Bank yalnız pul siyasətini həyata keçirəcək. Bu səlahiyyətlər əsasən bazara milli valyutanı buraxmaq, banklara kreditlər vermək, valyuta mübadiləsini təşkil etməkdən ibarət olacaq. Bununlada Mərkəzi Bank ölkənin bank sektoruna nəzarət edə bilməyəcək. Onun bu səlahiyyəti əlindən alınıb. Hesab edirəm ki, doğru addımdır. Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır”.

Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev müsahibəsinə bildirib ki, Mərkəzi Bankın funksiyaları Nəzarət Palatası ilə bölünəcək.

“Bütün funksiyalar bölünəcək. Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur”.

PA rəsmisi qeyd edib ki, Mərkəzi Bank heç bir dövlət hakimiyyəti qoluna aid edilməyib: “Əgər Azərbaycanda Mərkəzi Bank dövlət hakimiyyəti orqanıdırsa, onun işçilərinin vəzifələri də dövlət qulluqçularının təsnifatında olmalıdır. Lakin bu təsnifatda belə vəzifələr yoxdur. Əgər Mərkəzi Bank dövlət orqanıdırsa, dövlət hakimiyyəti orqanı məgər kredit verə bilərmi? Kreditlərdən faiz götürə bilərmi? Əlbəttə, yox. Deməli, Mərkəzi Bank dövlət hakimiyyəti orqanı deyil, dövlət hakimiyyətini həyata keçirməyən dövlət orqanı isə özü-özünü inkar edir”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın