Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Mərkəzi Bankın funksiyası ləğv edilməyib” – Elman Rüstəmov

“Mərkəzi Bankın funksiyası ləğv edilməyib” – Elman Rüstəmov

“Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır”.
Report.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
O qeyd edib ki, indiyədək Azərbaycanda maliyyə bazarlarına nəzarət edən bir neçə qurum fəaliyyət göstərirdi: “Bu funksiyanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirirdi.
Beynəlxalq təcrübəyə əsaslanaraq bu konsolidasiyaya gedildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması maliyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq, bunu reallaşdırmaq mümkün olacaq”.
E.Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq: “Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın