Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bank lisenziyası ləğv edilmiş daha bir bankı məhkəməyə verib

Mərkəzi Bank lisenziyası ləğv edilmiş daha bir bankı məhkəməyə verib

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC-nin səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib. ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın