Ana səhifə / Kriminal / Mənzillərin qiyməti iki dəfə ucuzlaşacaq

Mənzillərin qiyməti iki dəfə ucuzlaşacaq

Ehtimallara görə, təxminən 100 min manat civarında olan mənzillər 50-60 min manat həddində qərarlaşacaq 

Ölkədə dollar-manat məzənnəsindəki dəyişikliklərin mənzil bazarına necə təsir edəcəyi yenidən müzakirə mövzusudur. Ekspertlərin bu məsələdə münasibəti haçalanır. Həmçinin bildirilir ki, dolların ucuzlaşması da qiymətlərə təsirsiz ötüşməyəcək. Bildirilir ki, ictimaiyyət dolların qiymət artımını gözləsə də, son günlər ABŞ valyutasının qiyməti ucuzlaşır. Bu isə öz növbəsində ümidini dollara bağlayıb gəlirini artırmaq istəyənlərə zərbədir.
Fins.az xəbər verir ki, qarşıdakı günlərdə paytaxtda mənzillərin qiyməti iki dəfəyə yaxın enəcək. Ehtimallara görə, qiyməti təxminən 100 min manat civarında olan mənzillər 50-60 min manat həddində qərarlaşacaq. Xüsusən bu bahalaşma paytaxtın Xətai, Nizami, Suraxanı, Sabunçu və Yasamal rayonlarında olacaq. Əsasən yeni və köhnə tikili binalarda mənzillərin qiymətinin ucuzlaşacağını deyən mənbə bunu iki əsas amillə əlaqələndirir: “Buna dolların ciddi şəkildə ucuzlaşması və ipoteka kreditləri ilə bağlı qaydaların sərtləşməsi səbəb olacaq”. Bu səbəbdən mənbəmiz mənzil almaq istəyən şəxslərə bir qədər gözləməyi, ev almaqla bağlı qərarını 20 gün sonraya saxlamağı tövsiyə edir.

Related image
Ekspert Rəşad Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bundan sonra da ucuzlaşma davam edəcək: “Ancaq söhbət dollar qiymətlərindən gedir. Dollar qiymətlərində ucuzlaşma davam edəcək. Böyük templəri gözləməyə dəyməz. O ki qaldı manat qiymətlərinə, manatın məzənnəsindən çox şey asılı olacaq. İstənilən halda məzənnə, qiymətlər yuxarı da, aşağı da gedə bilər. Amma istənilən halda bu, manatın dollara olan nisbətindən çox asılı olacaq. Dollar ekvivalentində sözsüz ki, qiymətlərin azalmasının davam etməsini müşahidə edəcəyik. Bazardan hər hansı bir fövqəladə hal gözləmirəm. Artıq mənfi amillər qiymətlərdə nəzərə alınıb. Müsbət amillər isə heç gözlənilmir”.
Qeyd edək ki, bir neçə gün öncə Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırıb. Bir neçə digər bankın da uzunmüddətli ipoteka kreditlərindən imtina edəcəyi xəbəri dolaşır. Təbii ki, bu da əmlak bazarına təsirsiz ötüşməyəcək.

Image result for Qadir ibrahimli
Qadir İbrahimli bankların bu qərarını doğru addım kimi qiymətləndirir. O, bu gün uzunmüddətli ipoteka verilməsi bankların maraqlarına uyğun gəlmir. Maliyyə sabitliyi olmayan ölkədə bankların belə qərar qəbul etməsi normal haldır. Çünki belə bir vəziyyətdə bankların uzunmüddətli kredit verməsi onlar üçün böyük risklərə gətirib çıxara bilər. Belə olan halda artıq tikinti şirkətləri özləri daxili kreditlər hazırlayaraq alıcılara təklif edəcək və bu da əmlak bazarında fərqli qiymətlər formalaşmasına səbəb olacaq”,- deyə məsələ ilə bağlı “sputnik Azərbaycan”a bildirib.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, son illər Azərbaycanda əmlak bazarında qiymətlər süni şəkildə dəyərindən ən azı 2 dəfə çox bahalaşıb: “Xaricdən gətirilən valyuta hesabına evlər baha qiymətə alınırdı. İndi isə manat dəyərdən düşüb, dolların dəyəri artıb və insanların belə bahalı evlərə verəcək pulları yoxdur. Bir müddət sonra, hətta indiki qiymətlər də enməyə başlayacaq, bir il ərzində əmlak bazarında qiymətlər tənzimlənəcək”. O qeyd edib ki, yaxın gələcəkdə bahalaşma yox, əksinə, ucuzlaşma ehtimalı yüksəkdir.

Image result for Ekspert Əkrəm Həsənov
Ekspert Əkrəm Həsənov isə bildirib ki, daşınmaz əmlak bazarını kəskin qiymət düşməsi gözləyir: “Bazarda qiymətlər ən azı 50 faizdən çox düşəcək. Amma qiymətlərin bu ildən yox, yaxın 3 il ərzində düşməsi gözlənilir. Banklar da bunu bildiyindən uzunmüddətli kredit verərək risk etmək istəmir. Aydındır ki, əmlak bazarında qiymətlər çox şişirdilmişdi. Bu da xarici valyutanın ölkəyə axını ilə bağlı idi. İndi xarici valyuta axını azalıb və manat dəyərdən düşüb. Bu da şübhəsiz ki, əmlak bazarına təsir edəcək”.

Image result for Ekspert Nüsrət İbrahimov
Ekspert Nüsrət İbrahimov isə qeyd edib ki, yaxın müddət ərzində mənzillərin satış qiymətində dəyişiklik gözlənilmir. Manatın möhkəmlənməsi daşınmaz əmlakın qiymətinə təsir edə bilməz: “Hələ bilinmir ki, məzənnədə yaşanan məlum dəyişiklik nə qədər davam edəcək. Müvəqqəti olacaq və ya birdəfəlik manat əvvəlki vəziyyətinə qayıdacaq. O üzdən bu hal daşınmaz əmlakın qiymətinə təsir edə bilməz”. Onun sözlərinə görə, manatın məzənnəsinin dollara nisbətən dəyişməsi daşınmaz əmlak bazarında aktivliyə səbəb ola bilər: «Əlində dolları olan şəxslər çalışacaq ki, yatırım etmək üçün mənzil sahibi olsun. Əmlak almaq üçün müraciət edənlərin sayı arta bilər. Ancaq bu aktivlik qiymət dəyişikliyinə təsir edə bilməz”. Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında qiymət dəyişikliyi tez bir zamanda baş vermir. Bu, uzun zaman tələb edir, 7-8 ay ərzində daşınmaz əmlak bazarında yaşanan aktivlik qiymətə öz təsirini göstərir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın