Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Mənzilin satışından vergi necə tutulur?

Mənzilin satışından vergi necə tutulur?

Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur.

Qaynarinfo.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur:

– fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,

– daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi,

– daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması,

– əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.

Verginin hesablanma qaydası ilə bağlı aşağıdakı linkdən tanış olmaq olar:

http://www.taxes.gov.az/uploads/2015/mecelle/emlak.pdf

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın