Şənbə , Noyabr 17 2018
Ana səhifə / Kriminal / “Alimenti ödəyə bilmirdim” – Bakıda keçmiş qayınatasını öldürən şəxs

“Alimenti ödəyə bilmirdim” – Bakıda keçmiş qayınatasını öldürən şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Şabanov özünü qismən təqsirli bildiyini deyib.

O, daha sonra sərbəst ifadə verib. S.Şabanov söyləyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb, alimenti isə ödəyə bilmirmiş: “Aliment 6 min manat olmuşdu. Onlar məni şikayət etdilər. Sonra məni məhkəmə icra şöbəsindən çağırdılar. Orada mərhumla aramızda mübahisə oldu. Evə qayıtdıq, axşam tərəfi isə Hətəm Şabanovla yenidən mübahisə etdik. Sonra onu öldürdüm”.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib. 

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü – ŞOK TƏFƏRRÜAT

Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni …