Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / “Mən kimisə “razboy” etmək istəsəm, evimə aparardım?”- quldurluq işi

“Mən kimisə “razboy” etmək istəsəm, evimə aparardım?”- quldurluq işi

Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ceyhun Muradovun məhkəməsi keçirilib.

İttihama görə, Ceyhun Muradov 2018-ci il martın 11-də Abşeron rayonunda taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək ondan 87 manat almaqda təqsirləndirilir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əlvan Kərimov ifadə verib.

Əlvan Kərimov deyib ki, gecə saatlarında Xırdalan dairəsində müştəri gözləyən zaman Ceyhun Muradov ona yaxınlaşıb.

“20 Yanvar”a 5 manata getməyə razılaşıblar.

“Maşına oturdu və sonra yolda məni başqa yerə sürdürdü, həyət evləri olan bir yerə girdik. Maşını tupikə sürdürdü, qabağa yol yox idi, geriyə də dönüb sürmək olmurdu. Maşını bir evin qabağında saxlayıb düşdü, dedi, 2 manat ver, evdəkilərə çörək pulu verib qayıdım, yolda pulu xırdalayıb sənə verərəm. Mən də verdim, getdi, gəlib yenə 5 manat istədi, onu da verdim. Üçüncü dəfə də gəlib 5 manat istəyəndə vermədim”- deyən zərərçəkmiş bıçaqla hədələndiyini də bildirib.

Zərərçəkmiş qeyd edib ki, Ceyhun köynəyin altından bıçaq çıxarıb və “nətər yəni vermirsən?” deyərək onu hədələyib:

“Əlimi cibimə salıb nə pul vardısa, çıxartdım. 80 manat pul vardı, hamısını aldı. Sonra da dedi ki, bu barədə kiməsə desən, bu qapıya kimsə gəlsə, vurulacaqsan. Mən də çıxıb evə getdim, orada fikirləşib sonra polisə gedib şikayət elədim. Elə mənlə birgə bölmədən birbaşa həmin əraziyə gəldik. Gördük, bu adam evdə kimlərləsə yeyib-içir, qışqıra-qışqıra danışırdı. Polislər onu saxlayanda da bıçaq çıxardı”.

Amma Ceyhun bunlarla razılaşmır, deyir ki, taksi sürücüsündən cəmi 5 manat alıb: “Vallah, cəmi 5 manat almışam, bıçaq söhbəti də olmayıb. Mən kimisə “razboy” etmək istəsəm, evimə aparardım? Aparıb birbaşa evimin yerini göstərərdim? Ya da ki, pulu alandan sonra çıxıb başqa yerə gedərdim də. Mən özüm ona evimi göstərib dedim, sabah gəl, sənə ikiqat hörmət edəcəm”.

Hadisə zamanı içkili olduğunu deyən Muradov sürücüyə dəymiş zərəri ödədiyini deyib.
(Musavat.com)

Həmçinin oxuyun

Azərbaycanda 128 kiloqram heroin tutuldu – Video

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə …