Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Məmurlar və bankirlər Dünya Bankının ayırdığı krediti mənimsəyib?

Məmurlar və bankirlər Dünya Bankının ayırdığı krediti mənimsəyib?

Azərbaycandakı bank olmayan kredit təşkilatlarından (BOKT) birinin verdiyi bütün kreditlərin vaxtı keçib. Söhbət kredit ittifaqlarının maliyyələşdirilməsində vasitəçilik edən “İcraçı kredit agentliyi”ndən gedir. Bu barədə fins.az-a açıqlamasında BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov məluma verib. Onun sözlərinə görə, təmsil etdiyi BOKT 2011-ci ildə Dünya Bankının layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyindən vəsait cəlb edib: “Dünya Bankı kənd təsərrüfatının inkişafı üçün Azərbaycan hökumətinə 18 milyon dollar ayırmışdı. Həmin vəsait manatla (14-15 milyon manat) bizə verildi. Biz isə onu 78 kredit ittifaqına kredit kimi verdik”.

8 illik yığım müddəti 4 illik olub Kredit ittifaqlarının maliyyələşdirilməsi ilə bağlı layihədə vəsaitlərin geri qaytarılması müddəti əvvəlcə 2019-cu ilə qədər nəzərdə tutulsa da, sonradan bu işin 2015-ci ildə başa çatdırılmasına qərar verilib: “8 illik yığım müddəti 4 ilə endirildi. Buna görə neçə vaxtdır ki, kredit vermirik, ancaq yığımla məşğuluq. Verdiyimiz kreditlərin isə hamısının vaxtı keçib”.

Devalvasiya ödənişləri gecikdirib “İcraçı kredit agentliyi” cəlb etdiyi vəsaitin təxminən 10 milyon manatını dövlətə geri qaytarıb. Qalan 5 milyon manatın yığılmasında isə çətinliklər yaşanır: “Xüsusilə devalvasiyadan sonra yığım çətinləşdi. 30-dan çox kredit ittifaqından alacağımız var. Aqrar sektorda vəziyyət elə də yaxşı olmadığı üçün ödənişlər gecikir” – deyə Samir Cəlilov qeyd edib (fins.az).c849c1442223774_0001

Azərbaycan Fermerlər Birliyinin sədri Sadıq Murtuzayev Kavkaznews.az saytına bildirib ki, Dünya Bankının ayırdığı kreditlərdən kənd təsərrüfatı istehsalçıları bir qəpik də almayıblar. Bəs o zaman, Dünya Bankının ayırdığı vəsaitlər hara xərclənib? Cavab aknaq üçün, Kredit Təşkilatları Birliyi ilə əlaqə saxlamağa çalışdıq, amma cəhdimiz uğursuz oldu. Azərbaycan İstehsalçılar və Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov kavkaznews.az saytına bildirib ki, əgər fermerlərə kreditdən nəsə verilsəydi təəccüblənərdi.скачанные файлы“Əgər Dünya Bankının kənd təsərrüfatına ayırdığı kreditdən fermerlərə nəsə verilsəydi, mən çox təəccüblənərdim”, – deyə S.Rəhmanov bildirib. O, müxbirimizin “niyə?” sualına belə cavab verdi: “Çünki bütün sahələrdə olduğu kimi, kredit ayırılması sahəsində də şəffaflıq yoxdur. Kənd Təsərrüfatı Nazirliyi bu kreditin hara yönəldilməsinə nəzarət etməli idi. Əgər bu pulların məmurlarımız tərəfindən mənimsənildiyi məlum olsa, heç də heyrətlənmərəm”. Nəyə görə, Kənd Təsərrüfatı nazirliyi Dünya Bankının kreditinin yönəldilməsinə və xərclənməsinə nəzarət etməyib? Bu sualla Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Loğman Məmmədovla əlaqə saxladıq, lakin o, suallarımıza cavab verməkdən boyun qaçırdı.

 

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …

Bir cavab yazın