Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxslə bağlı yeni qərar

Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxslə bağlı yeni qərar

Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə qədər artırılıb.
İttiham aktına əsasən, iş üzrə zərərçəkmiş qismində Ramil Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb. Hər iki şəxs Abşeronda iş qurmaq adı ilə Azadi Paşayev və A.Məhərrəmova 501 677 min manat veriblər. A.Paşayev pulu alaraq Türkiyəyə qaçıb. Onların barəsində cinayət işi başlanılıb və A.Məhərrəmov həbs edilib. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və A.Məhərrəmov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, R.Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …