Ana səhifə / Kriminal / Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş… – Fotolar

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş… – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, “Yeni həyat” yaşayış massivində qətl hadisəsi törədilib.

Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qonşuların verdiyi məlumata görə, qətli törədən şəxs “Azəriqaz”ın əməkdaşı olub. O, polis tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.

/Qafqazinfo

Həmçinin oxuyun

Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanıldı – VİDEO

Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edən şəxslər saxlanılıblar.